Azərbaycan komandası dünya çempionunu məğlub etdi - SÜRPRİZ!

Andorrada basketbolun 3x3 növü üzrə qadınlar arasında Avropa çempionatı keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisi Andorra komandasını (21: 9) məğlub edib.

 

Daha sonra dünya çempionu İtaliya ilə üz-üzə gəlib. Komandamız bu görüşdədə 19:17 hesabı ilə qalib gəlib. Təəssüf ki, iki qələbə Azərbaycan komandasını turnirin yarımfinalına çıxmasına kömək etməyib.

 

Çünki komandamız bundan öncə A qrupunda A İspaniyaya (14:19) və Yunanıstana (17:20) məğlub olub.

 

A qrupu- İtaliya, İspaniya - 7 xal, Yunanıstan, Azərbaycan - 6, Andorra - 4.

B qrupu- Serbiya, Macarıstan - 5, Estoniya, Latviya - 4.

 

Qrupun qalibləri - İtaliya və Serbiya komandaları Avropa çempionatının bir baş finalına vəsiqə qazanıb.

 

Daha iki komanda - İspaniya və Macarıstan komandaları növbəti tura vəsiqə qazanıb.

 

Azərbaycan komandasının tərkiində Dina Ulyanova, Tatyana Deniskina, Alexandra Mollenhauer çıxış edib. Bu 3-lük Bakıda IV İslam Oyunlarında qalib olub.

Tarix: 25 İyun 15:24    Oxunub: 490    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.