Bordin "Neftçi"yə yaxşı tanıdığı hücumçunu gətirmək istəyir

«Neftçi» transfer bazarında son addımını atmağa hazırlahır.

 

Digər mövqelərə əl gəzdirən bakılılar bu dəfə hücum xəttini düşünür.

 

Üçüncü zonaya bir neçə namizəd var. Hamısı legionerdi. Ağ-qara formanı geyinməyə ən çox şansı olanlardan birinin adını müəyyənləşdirmişik.

 

Bu, Jayro de Masedo da Silvadı. 26 yaşlı braziliyalı komandanın yeni baş məşqçisi Roberto Bordinə yaxşı tanışdı.

 

«Sambaçı» 2017-ci ildən «Şerif»də italiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib. Ötən müddətdə 14 oyuna 5 qol vuran forvard Moldova Yunanıstandan gəlib.

 

2015-ci ildə müqavilə bağladığı PAOK onu öncə PAS-a, ardınca isə «Şerif»ə icarəyə verib. 183 sm boya malik Jayronun «Neftçi» ilə danışıqları uğurlu alınarsa, Azərbaycan  onun legioner həyatı yaşacağı 4-cü qərib ölkə olacaq.

 

«Botafoqo»nun yetirməsi 3 il «Maduryera»nın şərəfini qoruyandan sonra (2011-2014) Slovakiyaya üz tutub. Bir il formasını geyindiyi «Trençin»də 38 matça çıxıb, 10 qol vurub. 


SPORTİNFO.AZ

Tarix: 25 İyun 11:48    Oxunub: 991    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.