"Ölkəmizin bizimlə fəxr etməsini istəyirik" - Millinin qapıçısı

Mərakeş millisinin qapıçısı Munir Məhəmmədi dünya çempionatının qrup mərhələsinin son turunda İspaniyaya qarşı keçirəcəkləri oyundan danışıb. 

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı qolkiper bildirib ki, növbəti mərhələ şansını itirsələr də, mundialla qələbə ilə vidalaşmaq istəyirlər:

 

“Biz heç vaxt rəqibdən çəkinmirik. Təbii ki, ispanların heyətində yüksəksəviyyəli futbolçular cəmləşib. Bütün oyunçulara hörmətlə yanaşırıq.

 

Anlayırıq ki, İspaniya yığmasında zəif nöqtə tapmaq çətindir. Oyun tam köklənməliyik. 90 dəqiqə ərzində yaxaladığımız epizodları dəyərləndirməliyik.

 

Aydın məsələdi ki, oyunun nəticəsi bizim üçün heç nəyi dəyişmir. Bununla belə, turniri major notda başa vurmağa çalışacağıq. İspaniyaya qalib gəlib ökəmizin bizimlə fəxr etməsini istəyirik”.

Tarix: 25 İyun 11:12    Oxunub: 370    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.