"Qəbələ" bərpa məşqi keçdi

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Sloveniya toplanışının 5-ci gününü başa vurub.

 

Komanda günü tək məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular əsasən bərpaedici, fiziki çalışmaları yerinə yetirib.

 

Albaniyanın “Kukesi” klubu ilə dünən keçirilən yoxlama oyununda (1:1) meydana qarşılaşmanın sonlarında daxil olanlar isə fiziki hazırlığın ardından topla məşq edib.

Tarix: 25 İyun 08:48    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.