Harri Keyn het-trik etdi, ikinci dəfə ən yaxşı seçildi

Rusiyada təşkil olunan dünya çempionatı çərçivəsində keçirilən İngiltərə - Panama matçının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının hücumçusu Harri Keyn seçilib.

 

İngiltərə yığması bu oyunda 6:1 hesabıyla qalib gəlib. Komandasının vurduğu qollardan üçün müəllifi də məhz “Tottenhem”in forvardı olub.

 

Keyn qrup mərhələsinin ilk turunda Tunisə qalib gəldikləri oyunda da (2:1) dubla imza ataraq matçın ən yaxşısı seçilmişdi.

 

Keyn bu het-trik sayəsində mundialda ən çox qol vuran Kristiano Ronaldo və Romelu Lukakunu (hər ikisi 4 qol) geridə qoyub - 5 qol.

Tarix: 25 İyun 08:00    Oxunub: 322    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.