Futbol izləyən göbəyiaçıq iranlı qızını... - İKİ FOTO

Rusiyada təşkil olunan dünya çempionatında İran tribunlarındakı bir qadın sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Sportinfo.az xəbər verir ki, göbəyiaçıq geyimi ilə diqqət mərkəzində olan iranlı gənc qadının fotosu feysbuk və tvitterdə minlərlə dəfə paylaşılıb.

 

O, geyiminə görə insanlar tərəfindən qınağa məruz qalıb. İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib.

 

Ölkə tarixində yenilik sayılan hadisə ilk dəfə Tehranda yerli stadionlardan birində DÇ-də iyunun 20-də İran-İspaniya oyununun canlı yayımı zamanı qeydə alınıb.

 

Matçı izləmək üçün qadınlar arenaya axın ediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribuna qadınlara açılıb. Bildirək ki, İran-İspaniya oyunu ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

 


 
Tarix: 25 İyun 01:00    Oxunub: 756    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.