Polşanın 3 fiaskosu - VİDEO

Rusiyada keçirilən dünya çempionatında II tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, turun son oyununda Polşa və Kolumbiya yığmaları üz-üzə gəlib.

 

Görüş cənubi amerikalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə Yeri Mina açıb. 70-ci dəqiqədə Radamel Falkao fərqi artırıb. Son nöqtəni isə 75-ci dəqiqədə Xuan Kuadrado qoyub.

 

Bununla da ardıcıl ikinci görüşündən məğlub ayrılan Polşa xal toplaya bilmədiyi üçün qrupda qalıb. Kolumbiya isə ilk qələbə sayəsində 1/8 finala vəsiqə şanslarını qoruyub. Bunun üçün son turda Seneqala qalib gəlmək lazımdır.

 

Tarix: 25 İyun 00:50    Oxunub: 482    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.