Yaponiya - Seneqal matçında qeydə alınan 4 qol - VİDEO

Rusiyada keçirilən dünya çempionatında II turun daha bir oyunu keçirilib.

 

Sportinfo.az xəbər verir ki, H qrupunda yer alan Yaponiya və Seneqal yığmaları üz-üzə gəlib.

 

Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Afrikalılar hesabda 2 dəfə önə keçsələr də, qələbə qazana bilməyiblər.

 

11-ci dəqiqədə Sadiqo Manenin qoluna 34-cü dəqiqədə Takaşi İnui, 71-ci dəqiqədə Mussa Vaquenin dəqiq zərbəsinə isə 78-ci dəqiqədə Keysuke Honda cavab verib.

 

Bununla hər iki komanda 4 xalla qrupda liderliyini davam etdirib. II turun son görüşü hələ xalı olmayan Polşa və Kolumbiya milliləri arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

 

 

Tarix: 25 İyun 00:40    Oxunub: 454    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.