"Neftçi" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Neftçi” ilk yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, rəqib Makedoniya "Şkupi"si olub.

 

Boludakı "Topuk Yaylası Resort and Sport” otelinin meydanında oynanılan qarşılaşma flaqmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 62-ci dəqiqədə Namik Ələskərov açıb. 86-cı dəqiqədə isə Mirabdula Abbasov yekun nəticəni müəyyənləşdirib.

 

"Şkupi” bu il avrokuboklarda debüt edəcək. "Qarabağ"ın sabiq futbolçusu Zakariya Ramadaninin hazırda baş məşqçi kimi çalışdığı kollektiv Avropa Liqasının I təsnifat mərhələsində Şotlandiya "Reyncers”i ilə üz-üzə gələcək.

 

Türkiyədə təlim-məşq toplanışı zamanı "Neftçi” daha 3 yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də rəqib Rumıniyanın "Dunarya Kalaraşı”, iyulun 5-də "Politexnika” olacaq. Daha bir rəqibin adı yaxın günlərdə açıqlanacaq.

 

"Neftçi" - "Şkupi" - 2:0

Qollar: Namik Ələskərov, 62. Mirabdulla Abbasov, 86

Bolu (Türkiyə), Topuk Yaylası

“Neftçi”: 1. Səlahət Ağayev (94. Rəşad Əzizli, 65), 5. Anton Krivostyuk (26. Ömər Buludov, 86), 7. Namiq Ələsgərov (77. Elvin Sərkərov, 80), 8. Emin Mahmudov (4. Rəşad Eyubov, 62), 9. Baqali Dabo, 10. Dario Frederiko (22. Mirabdulla Abbasov, 55), 15. Ruslan Abışov (28. Slavko Braliç, 66), 17. Rəhman Hacıyev (51. Elçin Əsədov, 88), 21. Məhəmməd Mirzəbəyov (18. Tural Axundov, 66), 25. Kirilo Petrov, 93. Soni Mustivar (70. Əli Şirinov, 88).
Ehtiyat oyunçular: 73. Nail Alışov, 37. Vüsal Əsgərov, 36. Xəlil Bəşirov, 6. Qoran Paratski.

Tarix: 25 İyun 00:20    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.