Panamanı 6:1 darmadağın edərək "play-off"a yüksəldi - VİDEO

İngiltərə yığması DÇ-2018-in qrup mərhələsinin II turunda Panama üzərində böyükhesablı qələbə qazanıb.

 

Sportinfo.az xəbər verir ki, Nijnıy Novqorodun eyniadlı stadionunda keçirilən görüş 6:1 hesabı ilə avropalıların xeyrinə başa çatıb.

 

İngilislərin heyətində Harri Keyn het-trik, Con Stouns dubl edib. Cessi Linqard isə bir dəfə fərqlənməyə macal tapıb. Panamanın dünya çempionatında ilk qolunu isə Felipe Baloy vurub.

 

İngiltərə yığması bu qələbə sayəsində xallarının sayını Belçika ilə birgə 6 xala çatdıraraq turnirin "play-off" mərhələsinə vəsiqə qazanıb.

 

 

Tarix: 25 İyun 00:10    Oxunub: 467    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.