Kolumbiya Polşanı qrupda saxladı,İngiltərə qalib gəldi - DÇ-2018

DÇ-2018 davam edir.

 

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

 

Öncə G qrupunda ikinci tura yekun vurulub. İngiltərə debütant və turnirin ən zəif komandalarından biri olan Panama ilə qarşılaşıb. Qarri Sautqeytin yetirmələrinin asan qələbə qazanaraq Belçika ilə birlikdə 1/8 finala vəsiqəni təmin edəcəyi gözlənilirdi. Belə də olub. İngilisləri 3 xalı 6 qolla əldə ediblər.

 

Günün son iki matçı ilə bütün qruplarda ikinci tura yekun vurulub. Yaponiya - Seneqal görüşünda ilk turun qalibləri qarşılaşıblar. Bu oyunda qələbə qazanan böyük ehtimalla növbəti tura çıxmağı təmin edəcəkdi. Lakin 4 qolun qeydə alındığı qarşılaşma heç-heçə bitib.

 

İlk turun məğlubları Polşa və Kolumbiya isə son şanslarını oynayıblar. Məğlub olan mundialla erkən vidalaşacaqdı. Kolumbiyalılar Avropa təmsilçisi üzərində darmadağınla qalib gəlib. 

 

G qrupu

16:00 İngiltərə - Panama 6:1

Qol: Con Stounz, 8; 40. Harri Keyn, 22-pen; 45+1-pen; 62. Cessi Linqard, 36 - Felipe Baloy, 78.

Baş hakim: Gehad Qrişa (Misir)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 18. Eşli Yanq, 21. Ruben Loftus-Çik.

Ehtiyat oyunçular: 3. Denni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Danni Uelbek, 15. Tim Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 19. Markus Reşford, 20. Dele Alli, 22. Trent Aleksander-Arnold, 23. Mik Pope.

Baş məşqçi: Qaret Sautqeyt.

Panama: 1. Ceymi Penedo, 2. Mikael Murilyo, 4. Fidel Eskobar, 5. Roman Torres (k), 6. Qabriel Qomes, 7. Blez Peres, 8. Edqar Barsenas, 11. Armando Kuper, 15. Erik Deyvis, 20. Anibal Qodoy, 21. Xose Luis Rodriqes.

Ehtiyat oyunçular: 3. Harold Kumminqs, 9. Qabriel Torres, 10. İsmael Dias, 12. Xose Kalderon, 13. Adolfo Maşado, 14. Valentin Pimentel, 16. Abiel Arroyo, 17. Luis Ovalle, 18. Luis Texada, 19. Rikardo Avila, 22. Aleks Rodriqes, 23. Felipe Baloy.

Baş məşqçi: Ernan Qomes.


H qrupu

Yaponiya - Seneqal 2:2

Qol: Takaşi İnui, 34. Keysuke Honda, 78 - Sadio Mane, 11. Mussa Vaqe, 71.

Baş hakim: Canluka Rokki (İtaliya)
Yekaterinburq, "Yekaterinburq Arena"

Yaponiya: 1. Eydzi Kavaşima, 3. Gen Şodzi, 5. Yuto Naqatomo, 7. Gaku Şibasaki, 8. Genki Haraquçi, 10. Şindzi Kaqava, 14. Takaşi İnui, 15. Yuya Osako, 17. Makoto Hasebe (k), 19. Hiroki Sakai, 22. Maya Yoşida

Ehtiyat oyunçular: 2. Naomiçi Ueda, 4. Keysuke Honda, 6. Vataru Endo, 9. Şindzi Okazaki, 11. Takaşi Usami, 12. Masaaki Hiqaşiquçi, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 18. Ryota Ohşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakai, 23. Kosuke Nakamura

Baş məşqçi: Akira Nişino

Seneqal: 16. Xadim Ndiaye, 3. Kalidu Kulibali, 5. İdrissa Qana Queye, 6. Salif Sane, 10. Sadio Mane (k), 12. Yussuf Sabali, 13. Alfred Ndiaye, 17. Pape Aliune Ndiaye, 18. İsmaila Sarr, 19. Mbaye Nyanq, 22. Mussa Vaqe

Ehtiyat oyunçular: 1. Abdullaye Diallo, 2. Adama Mbenque, 4. Kara Mbodji, 7. Mussa Sou, 8. Şeyxu Kuyate, 9. Mame Diuf, 11. Şeyx Ndoye, 14. Mussa Konate, 15. Diafra Saxo, 20. Keyta Balde, 21. Lamine Qassana, 23. Alfred Qomis

Baş məşqçi: Aliu Sisse

Polşa - Kolumbiya 0:3

Qol: Yerri Mina, 40. Radamel Falkao, 70. Xuan Kuadrado, 75.

Baş hakim: Sezar Ramos (Meksika)
Kazan. Kazan Arena

Polşa: 1. Voyçex Şesnı, 2. Mixal Pazdan, 5. Yan Bednarek, 6. Yatsek Qoralski, 9. Robert Levandovski (k), 10. Qreqor Krixovyak, 13. Maçey Ribus, 18. Bartoş Berezinski, 19. Pyotr Zelinski, 20. Lukaş Pişçek, 23. David Kovnaçki

Ehtiyat oyunçular: 3. Artur Jedreyçik, 4. Tyaqo Çionek, 7. Arkadiuş Milik, 8. Karol Linetti, 11. Kamil Qrosiçki, 12. Bartoş Byalkovski, 14. Lukaş Teodorçik, 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 17. Slavomir Peşko, 21. Rafal Kurjava, 22. Lukaş Fabianski

Baş məşqçi: Adam Navalka

Kolumbiya: 1. David Ospina, 4. Santyaqo Arias, 5. Vilmar Barrios, 8. Abel Aqilar, 9. Radamel Falkao (k), 10. Xames Rodriqes, 11. Xuan Kuadrado, 13. Yerri Mina, 17. Yohan Moyiça, 20. Xuan Kintero, 23. Davinson Sançes

Ehtiyat oyunçular: 2. Kristian Sapata, 3. Oskar Murilyo, 7. Karlos Bakka, 12. Kamilo Varqas, 14. Luis Muriel, 15. Mateus Uribe, 16. Cefferson Lerma, 18. Fərid Dias, 19. Migel Borxa, 21. Xose İskierdo, 22. Xose Kuadrado, 6. Karlos Sançes

Baş məşqçi: Xose Pekerman

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.

Tarix: 25 İyun 00:00    Oxunub: 405    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.