“Neftçi” bu gün ilk... - FOTO

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan “Neftçi” bu gün ilk yoxlama oyunu keçirəcək.

 

Sportinfo.az xəbər verir ki, rəqibimiz saat 18:00-da başlanacaq qarşılaşmada Makedoniyanın “Şkupi” komandası olacaq.

 

Görüş komandamızın məskunlaşdığı “Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

 

“Şkupi”  bu il avrokuboklarda debüt edəcək. UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində Zakariya Ramadanini yetirmələri Şotlandiyanın “Reyncers” klubu ilə qarşılaşacaq.

 

Türkiyədə təlim-məşq toplanışı zamanı “Neftçi” dörd yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də komandamız Rumıniyanın “Dunarea Kalarası”, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi “Politexnika”ya qarşı oynayacaq. Daha bir rəqibimizin kimliyi haqqında yaxın günlərdə məlumat verəcəyik.

Tarix: 24 İyun 12:45    Oxunub: 1129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.