“Qəbələ”nin əlindən son anda qaçdı - FOTOLAR

2018/19 mövsümünə hazırlıqları Sloveniyada davam etdirən “Qəbələ” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb.

 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça aşağıdakı start heyəti ilə başlayıb: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev.

 

Ehtiyatda isə bu futbolçular yer alıb: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə.

 

Avrokubokların I təsnifat mərhələsinə hazırlaşan komandaların görüşü qarşılıqlı hücumlarla keçib. Lakin rəqiblər ilk yarıda qol sevinci yaşaya bilməyib. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub.

 

Aqil, Hacıağa və Sabien ikinci hissənin ilk dəqiqələrindən Dmitri, Qismət və Elvinin yerinə meydana çıxıb. Qurbanov ehtiyatda olan digər futbolçuların hamısına ikinci hissənin gedişində meydana çıxmaq şansı verib. Matçdakı qollar da ikinci hissədə vurulub.

 

79-cu dəqiqədə Albaniya təmsilçisinin qapısına yol tapan Stiven Monroz “Qəbələ”ni hesabda önə çıxarıb – 1:0. “Kukesi” yalnız matça əlavə olunmuş dəqiqədə hesabda tarazlıq yaratmağa müvəffəq olub. Beləliklə, “qırmızı-qaralar” Sloveniya toplanışındakı ilk yoxlama oyunundan qollu sülhlə ayrılıb.

 

“Qəbələ” – “Kukesi” 1:1

(Stiven Monroz, 79 // Dino Spehar)

Tarix: 24 İyun 12:30    Oxunub: 916    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.