"Qəbələ"nin baş məşqçisi: "İstədiklərimi ala bildim”

“Qəbələ” Sloveniyada təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. 

 

Sportinfo.az xəbər verir ki, Albaniyanın “Kukesi” klubu ilə matçdan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov qarşılaşma barədə fikirlərini klub saytına açıqlayıb:

 

“Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu. Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik.

 

Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım.

 

Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini gördüm.

 

Demək olar ki, futbolçular düz yoldadı. Matçdan istədiklərimi ala bildim. Oyunu analiz edəcəyik.

 

Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik”.

Tarix: 24 İyun 10:30    Oxunub: 642    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.