“İçim od tutub yanır” - İsveçin çalışdırıcısı almanlara əsəbiləşdi

İsveç millisinin baş məqşçisi Yanne Anderson Almaniyaya 1:2 uduzduqları oyunu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, çalışdırıcı almanların son dəqiqədə vurulan qol zaman sevinc hisslərini qeyd etmək tərzlərinə əsəbiləşdiyini bildirib:

 

“Almanlar düz bizim gözümüzün önündə sevinməyə başladılar. Bizim ehtiyat skamyada hər kəs əsəbiləşmişdi. Mən çox qəzəbli idim. Əgər oyun bitibsə, sən əl sıxıb getməlisən. Özünü belə aparmaq olmaz.

 

Hazırda taktika haqqında danışmaq istəmirəm. İçim od tutub yanır. Heç kimi günahlandırmaq istəmirəm.

 

Amma Berqə qarşı epizodda penalti təyin edilə bilərdi. Almanlar çox qol epizodu yaratmadılar. Hazırda analiz etmək mənim üçün çox çətindir. Bu mənim karyeramda ən pis oyun sonluğudur.

 

Qolu çox gec vurdular. Biz artıq çox yorulmuşduq. Əla imkan qazanmaq anında topu itirdik. Cərimə sırf əla individual bacarıq hesabına qazanıldı.

 

Mən özüm penalti epizodunu görmədim. Amma mənlə birgə skamyada əyləşənlər penalti olduqunu dedilər. Mən onlara güvənirəm. Hakim heç yoxlamadı”.

Tarix: 24 İyun 10:15    Oxunub: 647    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.