"Buna görə heç kimi qınamıram və narazı deyiləm"

Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində 2-ci turun oyunları keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, Belarus yığması ilə qarşılaşan Azərbaycan millisi 1:4 hesabı ilə məğlub olub.

 

Komandamızın qolunu İlkin Hacıyev vurub. Baş məşqçi Zeynal Zeynalovun oyunla bağlı fikirlərini bölüşüb:

 

“Rəqib səviyyə baxımından bizdən üstün idi. Çalışdıq mübarizə aparaq və bu müəyyən qədər alındı.

 

Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu. Buna görə heç kimi qınamıram. Futbolda səhvlər qaçılmazdı. Komandamdan narazı deyiləm.

 

Portuqaliya ilə oyunda qələbə qazanmağa çalışacağıq. Biz A divizionunda yeniyik və burdakı komandaların səviyyəsi fərqlidi. Üstəlik, hər bir oyun bizim üçün əlavə motivasiyadı.

 

Ona görə də Portuqaliyaya qarşı komandanı xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Rəqibin adı, eləcə də oyunların doğma meydanda keçirilməsi qələbə qazanmağımız üçün əsas stimul olacaq”.

 

Turun digər oyunlarının nəticəsini diqqətinizə çatdırırıq: İsveçrə - Almaniya 10:2, Portuqaliya – Fransa 5:3, İtaliya – Ukrayna 2:2 pen. 3:4, Belarus – Azərbaycan 4:1.

Tarix: 24 İyun 09:45    Oxunub: 676    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.