"Bu, çox qəribədi, axı biz yanlış nəsə etməmişik, sevinmişik”

Almaniya millisinin baş məşqçisi Yoahim Löv İsveç üzərindəki 2:1 hesablı əzmkar qələbədən danışıb.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssi komandanın buraxdıqları qoldan sonra təşvişə düşməməsinə sevindiyini bildirib.

 

Löv seçdiyi taktikanın işə yaradığını da sözlərinə əlavə edib: “Buraxılmış qolun ardından komandamın təşvişə düşməməsi məni sevindirdi.

 

Çox sürətli şəkildə top alıb hücumlara çıxdıq. Bir az yorğunluq olsa da, bu özünü göstərmədi. Xüsusən ikinci yarıda təzyiqimiz artdı.

 

Son dəqiqədə vurduq və qazandıq. İsveçlilərin bizim qol sevincdən narazı olduğunu eşitdim. Komandam onlara heç bir jest etmədi. Bu çox qəribədir. Axı biz yanlış nəsə etməmişik, vurduğumuz qola sevinmişik”.

Tarix: 24 İyun 09:15    Oxunub: 592    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.