“Qəbələ” albanlara boyun əymədi

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununa çıxıb.

 

Sportinfo.az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşüb.

 

“Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

Bu rəqiblə oyunda hesabı 79-cu dəqiqədə Stiven Monroz açıb. Lakin Albaniya təmsilçisi 90+1-ci dəqiqədə məğlubiyyətdən qaça bilib. Nəticədə, görüş heç-heçə yekunlaşıb.

 

“Qəbələ” – “Kukesi” 1:1

Qol: Stiven Monroz, 79.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə.

Tarix: 24 İyun 00:30    Oxunub: 560    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.