"Qarabağ" Bolqarıstan çempionu ilə heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” ilk yoxlama oyununa çıxıb.

 

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın “Ludoqorets” klubuyla qarşılaşıb.

 

Oyunda hesabı bolqarlar açsa da, Ağdam klubu fasilədən az sonra buraxılan topun əvəzini çıxıblar. Sonda isə matç heç-heçə ilə yekunlaşıb.

 

“Qarabağ” Avstriya toplanışı çərçivəsində iyunun 26-da “Vakker İnsbruk” (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə “Dinamo” (Kiyev, Ukrayna) ilə də yoxlama oyunu keçirəcək.

 

“Qarabağ” – “Ludoqorets” 1:1
Qol: Dani Kintana, 51 - Yakub Şvierçok, 36.
Matçın 68-ci dəqiqəsində Şahruddin Məhəmmədəliyev rəqib futbolçunun penalti zərbəsini dəf edib.

 

“Qarabağ”ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov (55. Bədavi Hüseynov, 46), 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye (25. Ansi Aqolli, 46), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov.

Tarix: 24 İyun 00:20    Oxunub: 613    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.