Bordin “Neftçi”nin futbolçularını işlədə bilir? - FOTOREPORTAJ

Yeni mövsümə hazırlığını davam etdirən "Neftçi”, təlim-məşq toplanışının ikinci mərhələsi üçün dünən Türkiyəyə yollanıb.

 

Sportinfo.az xəbər verir ki, qardaş ölkənin Topuq yaylası bölgəsində məskunlaşan paytaxt təmsilçisi bu gün ilk məşqinə çıxıb. 

 

Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıqla bağlı çalışmaları yerinə yetirən Roberto Bordinin yetirmələri məşqi taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla tamamlayıb.

 

"Neftçi”nin Türkiyədəki təlim-məşq toplantısı iyulun 6-na qədər davam edəcək. Komanda hazırlıq prosesi çərçivəsində dörd yoxlama görüşündə gücünü sınayacaq.

 

Tarix: 23 İyun 17:24    Oxunub: 912    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.