"Sumqayıt"ın yay planı bəllidi

"Sumqayıt"ın 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub.

 

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək.

 

Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq. "Kimyaçılar" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq.

 

Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində "gənclik şəhəri" təmsilçisi 2 yoxlama oyunu keçirəcək.

 

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq

 

Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. 

Tarix: 23 İyun 16:36    Oxunub: 610    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.