Maksim Medvedev "Olimpiya" haqda: "İstəmədiyimiz bir rəqibdi"

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya klubu ilə qarşılaşacaq.

 

Sportinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Maksim Medvedev rəqiblə bağlı fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib.

 

Cütün ilk oyunu iyulun 11-də, Bakı vaxtı ilə saat 22-00-da Sloveniyada keçiriləcək: "İstəmədiyimiz bir rəqib düşdü, 5 potensial rəqibdən ən güclüsüylə qarşılaşacağıq.

 

İlk oyunumuz səfərdə olacaq, çalışmalıyıq ki, yaxşı nəticəylə qayıdaq. Maksimum diqqətli olmalıyıq, rəqib də öz meydanında qələbə qazanmağa çalışacaq.

 

Avstriyada təlim-məşq toplanışımızı davam etdiririk. Hələ ki, əsasən fiziki göstəriciləri daha yaxşı vəziyyətə gətirmək üzərində çalışırıq. 

 

Növbəti günlərdə komandayla birlikdə rəqibi analiz etməyə başlayacağıq. Və buna uyğun taktika seçib meydana çıxacağıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Tarix: 23 İyun 16:24    Oxunub: 580    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.