Argentina məğlub oldu, İkardi belə acıq verdi - FOTO

“İnter”in futbolçusu, Argentina yığmasına çağırılmayan Mauro İkardi dünya çempionatı getdiyi bir vaxtda istirahət edir.

 

Sportinfo.az xəbər verir ki, İkardinin paylaşdığı şəkillərdən hiss olunur ki, Argentina yığmasına çağırılmaması ona o qədər də təsir etməyib.

 

Ya da futbolçu qəsdən belə şəkillər paylaşmaqla, kimlərəsə acıq verir. İkardi növbəti belə fotonu Argentina yığması Xorvatiyaya məğlub olduqdan (0:3) sonra paylaşıb.

 

Xorvatiya ilə oyundan bir neçə saat sonra İkardi hovuzda qızı ilə istirahət edərkən çəkilmiş şəklini sosial şəbəkədə yerləşdirib. Aydın görünür ki, Argentinanın biabırçı məğlubiyyəti İkardinin qətiyyən vecinə deyil.

 

Mətbuatın iddiasına görə, Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli İkardini məhz Lionel Messinin tələbi ilə yığmaya çağırmayıb.

Tarix: 23 İyun 14:36    Oxunub: 730    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.