“Lopeteqinin istefa verməsi heç xoşuma gəlmədi”

İspaniya millisinin və "Barselona"nın əsas futbolçularından olan Xordi Alba ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilk öncə yığmanın sabiq baş məşqçisi Xulen Lopeteqinin istefaya göndərilməsi haqda fikirlərini bölüşüb:

 

“Açığı, Xulen Lopeteqinin istefa verməsi heç xoşuma gəlmədi. Onun yığma komanda üçün böyük layihələri var idi.

 

Bu qərar İspaniya Futbol Federasiyasının qərarıdı və buna hörmətlə yanaşıram. Lopeteqiyə hər şey üçün təşəkkürümü bildirirəm. Ona çox böyük hörmətim var”.

 

Alba daha sonra "Barselona" haqqında da danışıb. O, bildirib ki, karyerasını Kataloniya klubunda başa vurmaq istəyir:

 

“Müqaviləmin başa çatmasına iki il qalıb. Əlimdə olsa, karyeramı "Barselona"da başa vurardım. Amma bu təkcə mənə aid olan məsələ deyil.

 

Luis Enrikenin son dönəmlərində az-az oynayırdım. Amma Ernesto Valverde gələndən sonra əsas heyətdəki yerimdə möhkəmlənə bildim”.

Tarix: 23 İyun 14:24    Oxunub: 559    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.