Qurbanov bu xasiyyətinə görə ondan vaz keçib

Adı “Qarabağ”ın da transfer siyahısında olan Zimbabve millisinin futbolçusu Xama Billiat karyerasını Avropada deyil, Cənubi Afrikada davam etdirəcək.


27 yaşlı hücumçu “Kayzer Çifs” ilə iki illik müqavilə bağlayıb.

 

Bu haqda klubun rəsmi tvitter səhifəsi məlumat yayıb. Billiatın Cənubi Afrika klubunu seçməsi gözlənilməz olub. Buna qədər onun karyerasını Avropada davam etdirəcəyi ehtimal edilirdi.


Billiat  2013-cü ildən Cənubi Afrika Respublikasının başqa klubu - "Mamelodi"də oynayırdı. "Kayzer Çifs" bu komandanın əsas rəqiblərindən sayılır.


Qaradərili ulduzun fikrindən ancaq "Qarabağ" keçirdi. İlk dəfə çempionlar Liqasının həyacanını yaşamaq üçün. Bu məqsədlə Azərbaycan çempionu ilə münasibət yaradıb.

 

Azı 10 dəfə Bakıya xəbər göndərərək, "Qarabağ"ın formasını geyinmək istədiyini bildirib. Gəl ki, Qurban Qurbanovun barəsində öyrəndiyi son məlumatlar Billartın transferini əngəlləyib.

 

İş ondadı ki, zimbabveli gecə həyatına düşkündü, idman rejiminə riayət etməyə meylli deyil. Bu azmış ki, bir qədər "ərköyündü". "Mamelodi"də məşqçilər onun xasiyyətindən az əziyyət çəkməyib. Billart yorulduğunu bəhanə gətirərək, dəfələrlə məşqi özbaşına tərk edib (Sportinfo.az).

 

Tarix: 23 İyun 14:12    Oxunub: 954    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.