"Qarabağ"dan imtina etdi: "Pul hələ hər şey demək deyil"

"Peskara"nın qapıçısı Vinçentso Fyorillo "Qarabağ"dan aldığı təklifə cavab verib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı qolkiper şəxsi "Instagram"ında bildirib.

 

O deyib ki, hazırda yalnız iki arzusu var: "Bu forma ilə 4 ilədək vuruşmuşam. Alqışlar və tənqidlər eşitmişəm. Final matçında son anda uduzmuşuq, çempionatın qalibi olmuşuq, bəzi epizodlarda baş qəhrəman rolunda olmuşam, bəzilərində axmaq səhvə yol vermişəm.

 

Lakin mən hər zaman geyindiyim formaya çox hörmət etmişəm. İndiyədək bir neçə vacib açıqlama vermişəm. Fikirləşməsinlər ki, ağzıma hava gəlsin deyə danışıram.

 

Hazırda mənim bir, daha dəqiqi, iki hədəf və arzum var: Bu forma ilə A Seriyasına qayıtmaq və heç nəyə baxmadan əvvəldən sonadək oynamaq. Bəlkə nə vaxtsa komandanın kapitanı da olmaq!

 

"Fiorello "Qarabağ"a minnətdarlıq etməyi də unutmayıb: "Məni bütün gücü ilə inandırmağa çalışan "Qarabağ"a isə təşəkkürümü bildirirəm. Lakin fikrimcə, pul hələ hər şey demək deyil".

 

İtaliya mətbuatı "Qarabağ"ın Vintçentso Fiorellodan ötrü "Peskara"ya 600 min avro təklif etdiyini yazıb. 

Tarix: 23 İyun 11:48    Oxunub: 765    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.