“Çerçesov pitsası” - FOTO

Rusiya millisinin dünya çempionatında uğurlu çıxışı yerli azarkeşləri sevindirir.

 

Sportinfo.az xəbər verir ki, artıq baş məşqçi Stanislav Çerçesova olan münasibət də dəyişib.

 

Onun təyinatına tənqidi yanaşanların sayı xeyli azalıb. Sankt-Peterburqdan olan aşpaz Valeri Maksimçik isə Çerçesovun uğurlu işini onun fotosunu pitsaya həkk etməklə qiymətləndirib:

 

“Mən əslən Qrodnodanam. Ancaq 12 ildi Piterdə yaşayıram. Pitsanı Peterburqdakı kafemdə hazırlamışam. Buna pitsa-art deyirlər”.

 

Daha əvvəl aşpaz Belarus prezidenti Aleksandr Lukaşenko, həmçinin aktyorlar Leonardo Di Kaprio və Sofi Lorenin də şəkillərini hazırladığı pitsanın üzərinə həkk edib.

Tarix: 23 İyun 08:12    Oxunub: 575    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.