Rusiya klubunun məşqçisi "Sumqayıt"da çalışacaq

 "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.

 

Sportinfo.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

 

37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandasında, 2008-2011-ci illərdə Azərbaycanın U-15 və U-17 milli komandalarında işləyib.

 

E.Babayev həmçinin 2009-2011-ci illərdə "Rəvan"da, 2012-2015-ci illərdə "Simurq"da, 2016-2018-ci illərdə isə Rusiyanın MOİK futbol akademiyasında çalışıb.

Tarix: 23 İyun 00:20    Oxunub: 857    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.