Nigeriyadan asan, Braziliyadan çətin, İsveçrədən əzmkar qələbə

Rusiyada keçirilən dünya çempionatı həyəcanı getdikcə artmaqdadı.

 

Sportinfo.az xəbər verir ki, bu gün mundialda E və D qruplarında 2-ci tura yekun vurulub.

 

Günün ilk matçında Braziliya Kosta Rika ilə qarşılaşıb. “Pentakampeonlar” bu dəfə də qələbə qazana bilməsə, növbəti mərhələ şansları çətinə düşəcəkdi.

 

Gərgin keçən oyunda uzun müddət hesab açılmayıb. Braziliyalılar yalnız oyuna əlavə olunmuş dəqiqələrdə növbəti xal itkisindən qaça biliblər. Əvvəlcə Koutinyo fərqlənib. Neymarın qolu isə matçda sonuncu olub.

 

Nigeriya - İslandiya qarşılaşmasının nəticəsi də çox maraqla gözlənilirdi. Qeydə alınacaq hesab həm də Argentina üçün əhəmiyyətli olacaqdı. Sonda məhz argentinalıların arzuladığı nəticə qeydə alınıb. Nigeriya islandlar üzərində inamlı qələbəyə sevinib.

 

Serbiya - İsveçrə qarşılaşmasının qalibi isə növbəti mərhələni təmin edəcəkdi. Heç-heçə isə daha çox Braziliyaya sərf edəcəkdi. Matçda hesabı serblər açıblar. Amma qalan dəqiqələrdə ardıcıl iki qol vuran İsveçrə yığması bu oyundan əzmkar qələbə ilə ayrılıb.

 

E qrupu

Braziliya - Kosta Rika 2:0

Qol: Koutinyo, 90+1. Neymar, 90+6.

Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”

Braziliya: 1. Alisson Bekker, 2. Tyaqo Silva (k), 3. Miranda, 5. Kazemiro, 9. Qabriel Xesus, 10. Neymar, 11. Filippe Koutinyo, 12. Marselo, 15. Paulinyo, 19. Villian, 22. Faqner

Ehtiyat oyunçular: 4. Pedro Qeromel, 6. Filipe Luis, 7. Duqlas Kosta, 8. Renato Auqusto, 13. Markinyos, 16. Kassio, 17. Fernandinyo, 18. Fred, 20. Roberto Firmino, 21. Tayson, 23. Ederson, 14. Danilo

Baş məşqçi: Tite

Kosta Rika: 1. Keylor Navas, 2. Conni Akosta, 3. Cankarlo Qonsales, 5. Selso Borqes, 6. Oskar Duarte, 8. Brayan Ovyedo, 10. Brayan Ruis (k), 11. Yohan Veneqas, 16. Kristian Qamboa, 20. David Quzman, 21. Markos Urena

Ehtiyat oyunçular: 4. Yan Smit, 7. Kristian Bolanos, 9. Daniel Kolindres, 12. Joel Kempbell, 13. Rodni Uollas, 14. Randall Azofeyfa, 15. Fransisko Kalvo, 17. Yeltsin Teyeda, 18. Patrik Pemberton, 19. Kendall Uoston, 22. Kenner Qutyerres, 23. Leonel Moreyra

Baş məşqçi: Oskar Ramires

Serbiya - İsveçrə 1:2

Qol: Aleksandr Mitroviç, 5 - Qranit Caka, 53. Cerdan Şakiri, 90.

Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”

Serbiya: 1. Vladimir Stoykoviç, 3. Duşko Toşiç, 4. Luka Milivoyeviç, 6. Branislav İvanoviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 11. Aleksandr Kolarov (k), 15. Nikola Milenkoviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç, 21. Nemanya Matiç

Ehtiyat oyunçular: 2. Antonio Rukavina, 5. Uros Spayiç, 7. Andrey Jivkoviç, 8. Aleksandr Priyoviç, 12. Predraq Raykoviç, 13. Miloş Velkoviç, 14. Milan Rodiç, 16. Marko Qruyiç, 18. Nemanya Radonyiç, 19. Luka Yoviç, 22. Adem Lyaiç, 23. Marko Dmitroviç

Baş məşqçi: Mladen Krstayiç

İsveçrə: 1. Yann Sommer, 2. Stefan Lixtştayner, 5. Manuel Akanyi, 9. Haris Seferoviç, 10. Qranit Caka, 11. Valon Behrami, 13. Rikardo Rodriqes, 14. Stiven Suber, 15. Blerim Dzemaili, 22. Fabian Şer, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: 3. Fransis Mubandye, 4. Niko Elvedi, 6. Mixael Lanq, 7. Breel Embolo, 8. Remo Freuler, 12. Yvon Mvoqo, 16. Jelson Fernandes, 17. Denis Zakariya, 18. Mario Qavranoviç, 19. Yosip Drmiç, 20. Yohan Djuru, 21. Roman Burki

Baş məşqçi: Vladimir Petkoviç


D qrupu

Nigeriya - İslandiya 2:0

Qol: Ahmed Musa, 49; 75.

Matçın 83-cü dəqiqəsində Gilfi Siqurdsson penaltidən yararlana bilməyib (kənara).

Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”

Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu, 4. Vilfred Ndidi, 5. Villiam Ekonq, 6. Leon Baloqun, 7. Ahmed Musa, 8. Oqenekaro Etebo, 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 14. Keleçi İheanaço, 22. Kennet Omeru

Ehtiyat oyunçular: 1. İkeçukvu Ezenva, 3. Elderson Eçiejile, 9. Odion İqalo, 12. Abdullahi Şehu, 13. Simeon Nvankvo, 15. Joel Obi, 16. Daniel Akpeyi, 17. Oqenyi Onazi, 18. Aleks İvobi, 19. Con Oqu, 20. Şidozie Avaziem, 21. Tironne Ebuehi

Baş məşqçi: Gernot Rohr

İslandiya: 1. Hannos Halldorsson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson, 8. Birkir Byarnason, 10. Gilfi Siqurdsson, 11. Alfred Finnboqason, 14. Kari Arnason, 17. Aron Gunnarsson (k), 18. Hordur Maqnusson, 19. Rurik Gislason, 22. Con Bodvarsson

Ehtiyat oyunçular: 3. Samuel Fridyonsson, 4. Albert Qudmundsson, 5. Sverir İnqason, 7. Yohann Qudmundsson, 9. Byorn Siqurdarson, 12. Frederik Şram, 13. Runar Runarsson, 15. Holmar Eyyolfsson, 16. Olafur Skulason, 20. Emil Hallfredsson, 21. Arnor Traustason, 23. Ari Skulason

Baş məşqçi: Heymir Hallqrimsson

Bombardirlər: Ronaldo (Portuqaliya) - 4, Dieqo Kosta (İspaniya), Çerışev (Rusiya) - 3.

Tarix: 23 İyun 00:00    Oxunub: 626    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.