Bu klub növbəti mövsümdə də Premyer Liqada çıxış edəcək

"Anji" 2018-2019-cu illər mövsümündə Rusiya Premyer Liqasında çıxış edəcək. 

 

Sportinfo.az xəbər verir ki, Mahaçqala təmsilçisi fəaliyyətini dayandıran "Amkar"ə əvəzləyəcək.

 

Müvafiq qərar Moskvada Premyer Liqa klublarının ümumi yığıncağında qəbul olunub.  "Amkar" başa çatan mövsümdə çempionatı 13-cü pillədə başa vursa da, pley-off matçında "Tambov"u məğlub edib.

 

Amma komanda çempionatda çıxış etmək üçün maliyyə təminatını təqdim edə bilməyib və fəaliyyətini dayandırıb. 

 

"Anji" isə Premyer Liqanı 14-cü pillədə başa vurub. Komanda pley-offda "Yenisey"ə uduzub. Lakin "Anji" reqlament şərtlərinə əməl edən yeganə komanda kimi Premyer Liqada çıxış edəcək.  

Tarix: 23 İyun 00:10    Oxunub: 816    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.