“Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb

"Qəbələ" Sloveniyada təlim-məşq toplanışına start verib.

 

Ölkə xaricində keçiriləcək hazırlıq dönəmində “Qəbələ”nin yoldaşlıq görüşlərində üz-üzə gələcəyi rəqiblərdən ikisinin adına aydınlıq gəlib.

 

Qurbanovun komandası iyunun 23-də Albaniya “Kukesi”si, 28-də isə Zaqreb “Dinamo”su ilə qüvvəsini sınayacaq.  Ötən mövsüm 13 qolla premyer-liqanın ən sərrast futbolçusu adını qazanan Baqali Dabo “Qəbələ”nin düşərgəsində yoxdu.

 

Bir neçə gün öncə karyerasını “qırmızı-qaralar”ın heyətində davam etdirəcəyi söylənilən fransız forvard son anda fikrini dəyişərək “Neftçi”yə üz tutmağı lazım bilib.

 

Sportinfo.az xəbər verir ki, Avropa Liqası ərəfəsində onun bu addımı klub rəhbərliyini pis vəziyyətdə qoyub. 


“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı futbolçunun addımına belə münasibət bildirdi: “Futbolçu müqaviləyə qol çəkənə qədər dəqiq nəsə demək olmaz.

 

Biz hər hansı məsələ haqda “bilinmir” deyəndə, media nümayəndələri bizdən inciyir. Dabonun məsələsi bir daha sübut etdi ki, ortada rəsmi anlaşma olmayınca, nəsə demək olmur.

 

Dabo gəlmişdi ki, “Qəbələ” ilə başa çatan müqaviləsinin müddətini artırsın. Özü “instaqram”da da gələcəyi ilə bağlı paylaşım etmişdi. Bizə də yazmışdı ki, axşam saat 6-də məşqə gələcəm. Yazışmalarımız hələ də qalır.

 

Amma “Neftçi” də yaxşı futbolçunu əldə etmək istəyirdi. Bu haqda bizdə məlumat var idi. Görünür, onların təklif etdiyi müqavilə şərtləri daha cəlbedici olduğundan Dabo fikrini dəyişdi.

 

Burda qeyri-adi bir hadisə baş verməyib. Başverənlərə görə heç kimdən inciyə bilmərik. Sadəcə, Dabo belə bir fikrinin olduğunu bizə daha tez deməli idi. Avroliqanın startına az qalmış bizi çətin vəziyyətdə qoydu. Onun mövqeyinə yeni hücumçu alınmalıdı”.

 

RƏŞAD

Tarix: 22 İyun 18:48    Oxunub: 1075    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.