“Kişi sözü” müqavilədən üstündü - VİDEO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliyanın "Eştoril" klubuna keçib.

 

Sportinfo.az xəbər verir ki, Almaniya "Ayntraxt"ından ayrılan 19 yaşlı hücumçu potensialını daha da artırmaq niyyəti ilə bu addımı atdığını bildirib.

 

Almaniya və Azərbaycan vətəndaşlığına malik Dadaşov yeni komandaya transferini belə şərh edib: "Eştoril"də olmaqdan çox xoşbəxtəm. Ümidvaram ki, hamımız üçün unudulmaz mövsüm keçirəcəyik".

 

Renat Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır.

 

O, U-21-in Macarıstanla iyunun 8-də keçirdiyi görüşdə qollardan birinin müəllifi olub. Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Dadaşovun 2017-ci ilin yayında "Ayntraxt"la peşəkar futbolçu kimi 3 illik müqavilə bağlayıb. Lakin gənc futbolçu intizamsız davranışı üzündən heyətdən kənarlaşdırılıb.

 

Tarix: 22 İyun 17:24    Oxunub: 1129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.