Fənərbağça” yeni baş məşqçisinin adını açıqladı

“Fənərbağça”nın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, gözlənildiyi kimi, “sarı-lacivərdlilər” Hollandiyanın PSV klubunun baş məşqçisi Filip Kokunu sükan arxasına gətirib.

 

Koku bu postda bir neçə gün əvvəl ayrılan Aykut Kocamanı əvəz edib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Filip Koku 2013-cü ildən PSV-nin baş məşqçisi olub. O, 5 mövsüm ərzində 3 dəfə Hollandiya çempionluğunu qazanıb. 

Tarix: 22 İyun 16:48    Oxunub: 631    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.