"İndi get görüm, onu Azərbaycandan havayı ala bilirsənmi?"

«Mən neçə vaxtdı deyirəm ki, bu futbolçunu Azərbaycandan alıb gətirin» - Sportinfo.az xəbər verir ki, bu sözlər tanınmış türkiyəli mütəxəssis Güvənc Kurtara məxsusdu.


«A Spor»un qonağı olan «Rəvan»ın keçmiş baş məşqçisi millimizin yarımmüdvafiəçisi Riçard Almeydanın 3 İstanbul nəhəngində də forma geyinə biləcəyini iddia edib:

 

«Mən bu futbolçunu yaxşı tanıyıram. «Beşiktaş»a, «Fənərbağça»ya və «Qalatasaray»a onun haqda məlumat vermişəm. Heç biri almır.

 

Deyirlər ki, biz gedib Azərbaycandan futbolçu gətirənik? Allah-Allah… Belə iş görməzlər. Azərbaycanda oynayır deyə, yaxşı futbolçunu almamalısan?

 

Mən Almeydanı canlı izləmişəm. Oyunun, ağlına heyran qalmışam. Bizim klublar yaşı 30-u çoxdan keçmiş, ulduzu sönmüş legionerləri ordan-burdan tapır, böyük pullar ödəyir.

 

Amma Almeydaya baxan yoxdu. Alıb gətirin, oyununa baxın, mənim dediyim kimi çıxmasa, deyin ki, Güvənc Kurtar futbolçu tanımır. O. Super Liqa üçün əla tapıntıdı.

 

Mən deyən vaxt Almeydaya dəvət göndərsəydilər, az bir məbləğə transfer etmək olardı. İndi get görüm, onu havayı ala bilirsənmi? İllərlə «Qarabağ»da oynadı, Çempionlar Liqasında çıxış etdi. Sözsüz, qiyməti xeyli qalxıb».

 

Tarix: 22 İyun 16:36    Oxunub: 1166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.