"Pro" alan kimi səni pensiyaya göndərirlər" - Hüseynov

«İndi hansısa klubdan təklif gözləməyə dəyməz» - bu sözləri Sportinfo.az-a açıqlamasında Yunis Hüseynov deyib.


Sonuncu iş yeri «Kəpəz» olan mütəxəssis «Pro» kateqoriyalı işstzlər ordusunun yaranmasından şikayətlənib:

 

«Özüm bir-bir saymışam, bu dəqiqə Azərbaycanda 36 nəfər «Pro» kateqoriyalı məşqçi var. Hamısı oturub iş gözləyir. İş var? Çox pis vəziyyət yaranıb.

 

«Pro» alan kimi səni pensiyaya göndərirlər. Bəs hər il keçirilən məşqçi kursları nə üçündü? Kateqoriya alanlar harda işləməlidi? Görünür, bunu fikirləşən yoxdu. Cəmi 8 klub var, nə iş…

 

Amma mənim sahəmi dəyişmək fikrim yoxdu. Bundan sonra harda olsam, yenə də məşqçi kimi işləyəcəm. Nə idman direktoru olacam, nə də başqa vəzifə tutacam. Yox, onlar mənlik deyil. Mənimki futboldu, məşqçilikdi". 

Tarix: 22 İyun 15:36    Oxunub: 954    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.