"Dünyanın ən yaxşı oyunçularına sahib millini udmağı bacardıq"

DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Argentinaya 3:0 hesabı ilə qalib gələn Xorvatiya 1/8 finala yüksəlib.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra Xorvatiyanın baş məşqçisi Zlatko Daliç qələbəni şərh edib:

 

"Komandama hər zaman güvənirəm. İkinci oyundan sonra 1/8 finala adlayacağımızı düşünmürdüm. Amma mərhələ adlayacağımıza inanırdım. Argentina zəif deyildi, biz mükəmməl oynadıq.

 

Dünyanın ən yaxşı oyunçularına sahib olan komandanı məğlub etməyi bacardıq. Gözəl oyun nümayiş etdirdik. Ancaq sakit və sadə olmalıyıq. Zəfər qazanmaq üçün sakit olmalı və çalışmaq lazımdır".

Tarix: 22 İyun 15:12    Oxunub: 520    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.