Azarkeşləri Argentinanın baş məşqçisinə butılka atdı

Narazı azarkeşlər Rusiyada keçirilən dünya çempionatının ikinci turu çərçivəsində Xorvatiya ilə oyunda Argentinanın baş məşqçisi Xorxe Sampaoliyə butılka atıblar.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

 

Məlumatda məşqçinin xəsarət alıb-almadığı qeyd edilmir. Qeyd edək ki, Xorvatiya bu qarşılaşmada Amerika təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

 

Bu məğlubiyyətdən sonra Argentina komandası turnirin pley-off mərhələsinə çıxmaq üçün şanslarını xeyli çətinləşdirib.

 

Sampaolinin yetirmələri dünya çempionatının ilk görüşündə İslandiya yığmasından 1:1 hesablı bərabərliklə ayrılıblar.

 

Argentina yığması mundialın qrup mərhələsində Nigeriyaya qarşı oynayacaq. Qarşılaşma iyunun 26-da baş tutacaq. 

Tarix: 22 İyun 13:00    Oxunub: 568    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.