Millinin futbolçusu ölüm hədəsi aldı: "Meyitini islatmaq lazımdı"

Kolumbiya millisinin futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.

 

Sportinfo.az xəbər verir ki, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.

 

Bildirilir ki, istifadəçilərdən biri "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm".

 

Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".

 

Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.

Tarix: 22 İyun 12:12    Oxunub: 626    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.