Xorvatiya 1/8 finala vəsiqa alan 4-cü oldu: Kim qalır, kim gedir?

Rusiyada təşkil olunmuş dünya çempionatında daha bir komanda 1/8 finala vəsiqəni vaxtından öncə təmin edib.

 

Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan Xorvatiya yığması Argentinaya 3:0 hesabıyla qalib gəlməklə pley-offa vəsiqə qazanıb.

 

İlk turda Nigeriyanı da 2:0 hesabıyla üstələmiş Avropa təmsilçisi xal hesabını 6-ya çıxararaq ən azı qrup ikinciliyini təmin etdi.

 

Daha öncə A qrupunda yer alan Rusiya və Uruqvay, həmçinin C qrupundakı Fransa yığmaları da pley-offa vəsiqə əldə etmişdi.

 

Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Perunun isə DÇ-2018-ə elə qrup mərhələsindəcə vida edəcəyi dəqiqləşib.

Tarix: 22 İyun 11:12    Oxunub: 511    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.