"Xahiş edirik, gəlin, rəqibimizi təhqir etməyək"

Klub futbolumuzda uğurlar artmaqla yanaşı, bəlalı bir problem də yaranıb: avrokuboklardakı püşkatmadan sonra əksər klubların fanatları rəqib komandanın “facebook” səhifəsinə daxil olaraq təhqirdolu şərhlər yazırlar.

 

Bu baxımdan “Neftçi” fanatları nümunəvi addımla seçiliblər. 

 

Sportinfo.az xəbər verir ki, klubun aparıcı fanat səhifələrindən biri azarkeşlərə müraciət ünvanlayıb:

 

“Dostlar, biz azərbaycanlıyıq, öz mentalitetimiz var. Sizdən xahiş edirik ki, rəqibimizin rəsmi səhifələrinə daxil olub onları təhqir etməyək.

 

Gəlin hörmətlə, mədəniyyətlə rəqiblərimizə nümunə olaq. Axı, biz Flaqmanıq! Gəlin flaqmanlığımızı mədəniyyətimizlə göstərək”.

 

Ümidvarıq ki, digər avrokubok iştirakçılarımızın fanatları da buna bənzər addım atacaq və ölkə adına mənfi imic gətirən əməllərdən əl çəkəcəklər.

Tarix: 22 İyun 10:48    Oxunub: 697    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.