"Bilirdik ki, təzyiqimiz altında Argentina müdafiəsi dağılacaq”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Argentinanı 3:0 udduqları oyundan sonra jurnalistlər önünə çıxıb.

 

Sportinfo.az xəbər verir ki, mütəxəssis komandasına inandığını bildirib:

 

“Dünya çempionatı başlayan gündən komandama inanırdım. İkinci matçdan sonra 1/8 finala vəsiqə qazanacağımıza inanmasam da, bu oldu.

 

Mükəmməl şəkildə vəzifəmizin öhdəsindən gəldik. Çox yaxşı işlər görmüşük. Argentina ilə mübarizə aparırdıq. Dünyanın ən yaxşı oyunçunun oynadığı komandaya qarşı əla çıxış etdik.

 

Əminəm ki, bundan arxayınlaşmayacağıq və komandanı daha irəli daşımalı olduğumuz məsuliyyətini sona qədər dərk edəcəyik. 22 oyunçunun hər biri bunu dərk etməlidir”.

 

Daliç hələ 3 ay əvvəl Argentina matçının qrupda böyük əhəmiyyət daşıyacağını dediyini açıqlayıb: “Hələ 3 ay əvvəl demişdim ki, qrupda Argentina ilə matç böyük əhəmiyyətə malik olacaq.

 

Qarşılaşmanın ilk 30 dəqiqəsində müdafiədə etibarlı oynadıq. Arxa xətdə çox inamlı idik. Fasilədə oyunçularıma dedim ki, qol şansları yaratmalıyıq və təzyiqi artırmalıyıq.

 

Bilirdik ki, təzyiqimiz altında onların müdafiə xətti dağıla bilər. Turnirin ən yaxşı komandalarından birini udduğumuza görə pərəstişkarlarımız çoxalacaq”.

Tarix: 22 İyun 09:48    Oxunub: 517    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.