“Ronaldo ilə Messini müqayisə etmək lazım deyil, çünki...” - Sampaoli

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra jurnalistlər önünə çıxıb.

 

Sportinfo.az xəbər verir ki, mütəxəssis məsuliyyətin ona aid olduğunu bildirib:

 

“Bu məğlubiyyətdə ən çox məsuliyyət mənim üzərimə düşür. Futbolçular meydanda əllərindən gələni etdilər.

 

Sadəcə meydanda oyunçular arasındakı xətlərarası əlaqəni istədiyimiz səviyyəyə gətirə bilmədik. Xorvatiya möhtəşəm komandadır. Onlar hesabı açandan sonra emosional planda oyunumuzu tapa bilmədik”.

 

Sampaoli tənqidlərin Messinin tam istədiyi kimi oynamasına imkan vermədiyini deyib: “Səslənən fikirlər Messinin tam “açılmasına”, yaxşı oynamasına imkan vermədi”.

 

Məşqçi Ronaldo Messi müqayisəsinə də toxunub: "Ronaldo əla oyunçudu. Bunun üçün onun mükafatlarının siyahısına baxın. İndi onu Messi ilə müqayisə etmək lazım deyil.

 

Çünki millidə Messinin unikallığı itir. Ola bilər ki, oyunçular da Messinin oyununa qoşulmağa hazır deyillər və ya qoşulmaq iqtidarında deyillər. Bu, onların və mənim günahımdr".

 

Tarix: 22 İyun 09:36    Oxunub: 621    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.