Azərbaycan klubunun sahibi "Banditizm" tərəfindən yaxaladı

«GünayBank»ın hesablarından 100 milyon manat mənimsəyən bank idarə heyətinin sədr müavini, «Xəzər»in sahibi Emin Zeynalov saxlanılıb. 


Sportinfo.az xəbər verir ki, Zeynalov DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.


Zeynalovun çırpışdırıdığı pulları ofşor zonasındakı banklara köçürdüyü bildirilir. O, ölkənin əri banklarından biri olan GünayBank-ın departamentinə rəhbərlik edib. 2017-ci ilin aprelində o, GünayBank-ın idarə heyətinin sədr müavini vəzifəsinə irəli çəkilib.


Bankın əsas səhmdarı tanınmış biznesmen Mahmud Məmmədov və onun xanımı Yeganə Şirinovadı. Onlar bankın səhmlərinin 89,76 faizinə sahibdilər. Mahmud Məmmədov bankın müşahidə şurasına rəhbərlik edir. 


Keçmiş sədr müavini bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılır. Zeynalovun ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda saytımız bir neçə gün əvvəl yaymışdı.


Zeynalov pulları online valyuta birjası “Forex”-ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Lakin bu məlumatlar və qeyri-leqal pul dövriyyəsi sxemi haqda mətbuatda yazılanlardan sonra E.Zeynalov ötən gün saytlardan birinə açıqlama verib.

 

Deyib ki, barəsində yayılan məlumatlara görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və “tədbir görülməsini” istəyib. İndi isə məlum olur ki, idarə bu irimiqyaslı maxinasiyaya yol vermiş bankirin özünü saxlayıb.

 

Tarix: 22 İyun 09:24    Oxunub: 815    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.