Yeniyetmə və gənc karateçilərimizin növbəti Avropa birinciliyi sınağı

Yeniyetmə və gənc karateçilərdən ibarət seçmə komandalarımız Bolqarıstan paytaxtı Sofiyada növbəti Avropa birinciliyində iştirak edəcəklər. Sportinfo.az xəbər verir ki, bu yaş qrupu üzrə baş məqçisi Anar Allahverdiyev və onun köməkçisi Qurban Tağıyev 14-15 yaşlıların yarışında Tale Yaqubovun (52 kq), Rəşid Həqiqətli (57 kq), Tural Yaqubov (63 kq), Fərid Şahbazlı (70 kq), Mədinə Sadıqova (47 kq), Ayla Rzazadə (54 kq) və Səma İmanzadənin (+54 kq) çıxış etməsinə qərar verib.

 

Azərbaycan Milli karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə fevralın 15-də Sofiyaya yola düşən böyük heyət 5 gün sonra Vətənə dönəcək. Məşqçilər heyəti həmçinin 16-18 yaşlı gənclərdə Həsən Əliyevə (55 kq), Hümmət Baxşəliyev (61 kq), Ruslan Əhmədov (68 kq), Murad Balakişiyev (76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (48 kq), İnci Əzizova (53 kq) və Bəsti ismayılovaya (+53 kq) fərqlənmək imkanı verib.

 

18-20 yaşlı gənclərin baş məşqçisi Şahin Xudaverdiyev kumite yarışlarında 8 idmançıya, o cümlədən Elcan Məmmədrzayevə (60 kq), Mirtaleh Əliyev (67 kq), Vüsal Kamallı (75 kq), Elman Babayev (84 kq), Sərxan Quluzadə (+84 kq), Asiya Məlikova (50 kq), İrina Zaretska (61 kq) və Fəridə Əliyevaya (+68 kq) medal qazanmaq şansı yaradıb.

 

Kata üzrə bütün ya qruplarının baş məşqçisi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdə Ceyhun İsmayılova, 18-20 yaşlı gənclərdə isə Roman Heydərova güvənir. Federasiyanın Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, federasiyanın həkimi Pərvin Əkbərov və beynəlxalq hakim Vüqar Kərimov da Bolqarıstana ezam olunub.

Tarix: 15 Fevral 00:46    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.