Komandalarda işlə təmin olunmasına dair danışıqlar gedir

Türkiyə yığmasının sabiq üzvü Halil Altıntop karyerasını başa vurub.

 

Sportinfo.az xəbər verir ki, son olaraq Almaniyanın “Kayzerslautern” klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu bir daha rəsmi matça çıxmayacaq.

 

Bu qərarı ilə əlaqədar türkiyəli futbolçu klub rəhbərliyi ilə görüşüb və qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verib. Artıq “Kayzerslautern” də bununla bağlı rəsmi məlumat yayıb.

 

Altıntopun bu klubla 2019-cu ilə kimi müqaviləsi var idi. Lakin Almaniya təmsilçisi böyük ehtimalla Altıntopu klubda saxlayacaq. Məlumatda bildirilir ki, sözügedən futbolçunun təcrübəsindən yararlanmaq üçün aşağı yaş qrupları üzrə komandalarda işlə təmin olunmasına dair danışıqlar gedir.

 

Uzun müddət Almaniyada çıxış etdikdən sonra bir müddət Türkiyədə də oynayan Halil 2011-2013-cü illər aralığında “Trabzonspor”un formasını geyinib.

 

Ötən mövsümün qış fasiləsində “Kayzerslautern”ə keçən Altıntop bu komanda ilə 2-ci Bundesliqada çıxdığı 14 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

 

Halil Altıntop, Türkiyə millisində keçirdiyi 38 matçda 8 qol vurub. O, karyerası ərzində “Vattenşayd”, “Şalke”, “Ayntraxt” (Frankfurt), “Auqsburq” klublarında da forma geyinib.

Tarix: 22 İyun 09:00    Oxunub: 555    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.