"Nəticə məni müəyyən qədər təəccübləndirdi"

Uruqvay millisinin hücumçusu Luis Suares Səudiyyə Ərəbistanı üzərində qazanılan qələbədən danışıb.

 

Sportinfo.az xəbər verir ki, vurduğu yeganə qolla komandasına 1:0 hesablı qələbə qazandıran təcrübəli forvard nəticənin gözlənilməz olduğunu bildirib:

 

“Oyun çox çətin keçdi. Nəticə məni müəyyən qədər təəccübləndirdi. Amma bu, dünya çempionatıdır. Biz meydana qol vurmaq, qələbə qazanmaq üçün çıxırıq. 

 

Sözün açığı, istədiyimiz kimi oynaya bilmədik. Amma əsas odur ki, lazımi nəticəni qazandıq. Ardıcıl üçüncü dəfə dünya çempionatında pley-offa adladığımız üçün fəxr edə bilərik”.

Tarix: 21 İyun 20:48    Oxunub: 533    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.