Rusiya millisi 1/8 finala vəsiqə qazandığı üçün 20 milyon dollar mükafatlandırıldı

 Rusiya milli komandası dünya çempionatındakı ilk 2 görüşündən sonra 20 milyon dollar mükafata yiyələnib.

 

Sportinfo.az xəbər verir ki, mükafatın 8 milyon dolları açılış oyununda Səudiyyə Ərəbistanı yığması üzərində 5:0 hesablı qələbə ilə əlaqədar olub.

 

Bunun 6 milyon dolları futbolçulara, 2 milyon dolları məşqçi və texniki işçilərə ödənilib. Misiri 3:1 hesabı ilə yenərək 1/8 finala vəsiqə qazanması qarşılığında isə Rusiya yığmasına bu həftə 12 milyon dollar veriləcək.

 

Bunun 9 milyon dolları oyunçulara, 3 milyon dolları məşqçi və texniki heyətə çatacaq. Uruqvayla son tur qarşılaşması üçün isə mükafat nəzərdə tutulmayıb. Rusiya 1/4 finala yüksəlsə, daha 15 milyon dollar qazanacaq. 

Tarix: 21 İyun 19:12    Oxunub: 523    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.