Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə - DÇ-2018

Dünya çempionatı həyəcanı davam edir.

.

Sportinfo.az xəbər verir ki, C qrupunda 2-ci tura yekun vurulub, D qrupunda isə bir görüş baş tutub.

 

İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gəlib.

 

Oyunda hesab erkən açılıb. Eriksen Danimarkanı önə keçirib. Amma ilk hissənin sonlarına yaxın Avstraliya millisi penalti zərbəsi ilə “status-kvo”nu bərpa edə bilib. Bu, oyundakı son qol olub.

 

Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkib. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdilər. Danimarka bunu bacarmasa da, fransızlar yenə çətinliklə əldə etdikləri qələbə sayəsində pley-offa vəsiqəni təmin ediblər.

 

Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina qrupun favoritlərindən sayılan və mundiaala qələbə ilə başlayan Xorvatiya ilə üz-üzə gəlib. Cənubi amerikalılar şansını çətinə salmamaq üçün mütləq qələbə qazanmalıydı.

 

Lakin onlar bu dəfə daha biabırçı nəticəyə imza atıblar. Xorvatlar Messi və komanda yoldaşlarını 3 cavabsız qolla məyus ediblər. Nəticədə, Xorvatiya da növbəti mərhələyə yüksəlib.

 

C qrupu

Danimarka - Avstraliya 1:1

Qol: Kristian Eriksen, 7 - Mayl Yedinak, 38-pen.

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, "Kosmos Arena"

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Nikolay Yorgensen, 10. Kristian Eriksen, 14. Henrik Dalsqaard, 17. Yens Larsen, 19. Lasse Şöne, 20. Yussuf Poulsen, 23. Pione Sisto

Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 5. Yonas Knudsen, 11. Martin Braytveyt, 12. Kasper Dolberq, 13. Matias Yorgensen, 15. Viktor Fişer, 16. Yonas Lossl, 18. Lukas Lerager, 21. Andreas Kornelius, 22. Frederik Ronnov, 7. Villiam Kvist

Baş məşqçi: Aqe Hareyde

Avstraliya: 1. Mettyu Rayan, 2. Mark Milliqan, 7. Mettyu Leki, 10. Robbi Kruz, 11. Endryu Nabbut, 16. Aaron Muy, 15. Mayl Yedinak (k), 16. Aziz Behiç, 19. Coşua Rizdon, 20. Trent Seynsberi, 23. Tom Roqiç

Ehtiyat oyunçular: 2. Miloş Deqenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Mettyu Yurman, 8. Massimo Luonqo, 9. Tomi Yuriç, 12. Bred Cons, 14. Ceymi Maklaren, 17. Daniel Arzani, 18. Denni Vukoviç, 21. Dimitrios Petratos, 22. Cekson İrvin.

Baş məşqçi: Bert Marveyk


Fransa - Peru 1:0

Qol: Kilian Mbappe, 34.

Baş hakim: Məhəmməd Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavard, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Ernandes

Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola

Baş məşqçi: Didye Deşam

Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriqes, 6. Migel Trauko, 8. Kristian Kueva, 9. Paolo Gerrero (k), 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores, 23. Pedro Akinyo

Ehtiyat oyunçular: 3. Aldo Korso, 4. Anderson Santamaria, 5. Migel Arauxo, 7. Paolo Hurtado, 10. Cefferson Farfan, 11. Raul Ruidias, 12. Karlos Kaseda, 13. Renato Tapia, 14. Andi Polo, 16. Vilder Kartagena, 21. Xose Karvalyo, 22. Nilson Loyola

Baş məşqçi: Rikardo Qareka


D qrupu

Argentina - Xorvatiya 0:3

Qol: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1.

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod. Şəhər stadionu

Argentina: 23. Vilfredo Kabalyero, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 8. Markos Akuna, 10. Lionel Messi (k), 13. Maksimiliano Meza, 14. Xavyer Maskerano, 15. Enso Peres, 17. Nikolas Otamendi, 18. Eduardo Salvio, 19. Serxio Aquero

Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fasio, 7. Ever Baneqa, 9. Qonsalo İquayn, 11. Anxel Di Mariya, 12. Franko Armani, 16. Markos Roxo, 20. Covani Lo Selso, 21. Paulo Dibala, 22. Kristian Pavon

Baş məşqçi: Xorxe Sampaoli

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivarik

Baş məşqçi: Zlatko Daliç

Bombardirlər: Ronaldo (Portuqaliya) - 4, Dieqo Kosta (İspaniya), Çerışev (Rusiya) - 3.

Tarix: 22 İyun 00:00    Oxunub: 561    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.