“Qarabağ” əzəmətlidi, biz əgər mərhələ adlamaq istəyiriksə..."

“Qarabağ” əzəmətli komandadı.

 

Ancaq biz rəqibdən çox öz hazırlığımız barədə düşünməliyik”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri “Olimpiya”nın kapitanı Branko İliç deyib.

 

Sloveniya klubunun müdafiəçisi yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.

 

35 yaşlı futbolçu Azərbaycan çempionunu cütün favoriti saysa da, növbəti mərhələ ümidini itirmir: “Bizim Uels klubunu arzuladığımız kimi, digər klublar da “Olimpiya” ilə düşmək istəyirdilər.

 

Bəlkə də arxa planda olmağımız bizim üçün üstünlükdü. Futbolun sehri kağız üzərində ən zəif sayılanın ən güclünü məğlub etməsidi. “Qarabağ” texniki cəhətdən çox güclü futbol sərgiləyir. Bu üzdən növbəti mərhələyə adlamaq istəyiriksə, bir dəqiqədə də olsun boş dayanmamalı, əvvəldən axıra qədər mübarizə aparmalıyıq.

 

Hər bir iştirakçı get-gedə oyun səviyyəsini artırır. Biz artıq ilk matça qədər daha hazırlıqlı olmalıyıq. Ən əsası odu ki, özümüzə güvənirik. Baş məşqçi təhlillərə çox vaxt ayırır. Çünki oyun sistemində ciddi dəyişiklik etməyi düşünür”.

 

İyulun 11-də Lyublyanada “Olimpiya”nın qonağı olacaq “Qarabağ” həmin ayın 17-də rəqibini Bakıda qəbul edəcək.

Tarix: 21 İyun 20:24    Oxunub: 796    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.