"Dedim ki, qol vursam, kosa saqqalını mundialın sonunadək saxlayacam"

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo dünya çempionatında kosa saqqalı buraxmasının səbəbini açıqlayıb. 

 

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu bunu İspaniya yığması ilə oyun ərəfəsində etdiyi zarafatın nəticəsi kimi dəyərləndirib.

 

Kapitan saqqalının tarixçəsini belə nəql edib: "Matçdan əvvəl saunada idik. Mən üzümü qırxmağa başladım. Sonra isə komanda yoldaşlarıma dedim ki, İspaniyaya qol vursam,

 

kosa saqqalını mundialın sonunadək saxlayacağam. Bəxtim gətirdi və həm İspaniyaya, həm də Mərakeşə qol vurdum. Ona görə də belə saqqalı dünya çempionatı yekunlaşanadək qırxmayacam". 

 

Ronaldo B qrupunda İspaniya ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə hər 3 qolun, 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada yeganə topun müəllifi olub. Hazırda o, 4 qolla bombardirlər siyahısına başçılıq edir. 

Tarix: 21 İyun 17:00    Oxunub: 567    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.